Ermənistanda tapılan Azərbaycan hərbçisinə işgəncə verildi
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Müdafiə Nazirliyinin itkin düşmüş əsgərlərindən biri Ermənistanda tapılıb.
APA-nın məlumatına görə, bununla bağlı Ermənistan internet resurslarında videolar yayılıb.
Yayılan videolarda əsgərin işgəncəyə məruz qaldığı, döyüldüyü görünür.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.
Onlardan biri aprelin 10-da Ermənistanla sərhəddə saxlanılmışdı.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.
Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.