Ermənistandan Bakıya təcili danışıq təklifi olub? – APA TV

“Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 9-u bir neçə ölkənin lideri ilə telefon danışığı zamanı gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili görüş keçirməyə hazır olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv