Ermənistandan Mingəçevirə atılan ballistik hədəfin qalıqlarının fotoları yayılıb

Dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9K72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.

APA TV Müdafiə Nazirliyinə istinadən həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edir.

Müəllif | Apa.Tv
Apa.tv