Ermənistandan növbəti yalan məlumat: MN CAVAB VERDİ
Ermənistan ordusunun bölmələrinə atəş açılıb?
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda deyilir.