Ermənistandan Türkiyəyə bu aviaşirkət uçuşlar yerinə yetirəcək

“Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq.

 

APA TV-nin xəbərinə görə, bu barədə “Sputnik Armenia” Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat yayıb.

 

“Flyone Armenia” aviaşirkəti daha əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan edib.

 

Xatırladaq ki, bu müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında uçuşların təşkil olunmasının mümkünlüyünün nəzərdən keçirildiyini bildirib. Eyni zamanda, hər iki ölkə dialoqa başlamaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib.

 

Müəllif | Apa.Tv
Apa.tv