18:22 14 yanvar 2022 134
Ana səhifə Xəbərlər

Ermənistanı çalxalayan 14 milyonluq rüşvət, 30 milyonluq həbs

Ermənistanın sabiq Təbiəti mühafizə naziri Aram Arutyunyan 14 milyon dollar rüşvət almaqda ittiham olunur.

 

Yerli mətbuatın yaydığı məlumata görə, artıq istintaq işi məhkəməyə göndərilib.

 

Cinayət işində keçmiş deputat Aleksan Petrosyan, nazirliyin keçmiş şöbə rəisinin müavini Suren Avakyan, Sevan psixiatriya xəstəxanasının keçmiş rəhbəri Qaqik Karapetyan, həmçinin Arutyunyanın qohumları Araks Dilanyan və Viktor Martirosyanın da adları hallanır.

Bildirilir ki, iş adamı Silva Hambardzumyan 10 lisenziya almaq qarşılığında Aram Arutyunyana 14 milyon dollar verib.

 

İstintaq gedişi zamanı o da məlum olub ki, Arutyunyan və Aleksan Petrosyan pulun bir hissəsini Virgin adalarında qeydiyyatdan keçmiş “Tarasco Investment” şirkətinin hesablarına göndəriblər və şirkət həmin pulu MAP kompaniyasına guya faizsiz kredit verib.

 

Təqsirləndirilən şəxslərdən Qaqik Karapetyan 2018-ci ildə ABŞ-a qaçıb. Digər ittiham olunanların isə 30 milyon dollarlıq əmlaklarına həbs qoyub.

 

Yerli mətbuat yaxın günlərdə digər sabiq nazirlərlə də bağlı araşdırmaların başlayacağını iddia edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın