Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil

 

"Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq". APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq. "Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır". Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir: "Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kv. kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrinini verməmişdən öncə reklam kampaniyalarına başlayıblar". Qeyd edək ki, Ermənistan MTX Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.

Müəllif | Apa.Tv
Apa.tv