Ermənistanın daha bir PUA-sı vuruldu
Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.