Ermənistanın iki PUA-sı məhv edildi

Ermənistanın Ağdam və Tovuz rayonları istiqamətində kəşfiyyat aparan iki PUA-sı məhv edilib.

 

MN-dən APA TV-yə verilən məlumata görə, iyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv