Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Xatırladaq ki, bir müddət öncə əvvəllər Ermənistan Prezident Aparatında məsul vəzifələrdə də çalışmış və 2018-ci ildə Respublikaçılar partiyasından baş nazirliyə namizəd olmuş Vigen Sarkisyanın adı çirkli pullarda hallanmışdı. O, ötən ilin may ayında ABŞ-ın Belmont şəhərində 2 milyon dollara fərdi ev alıbmış.