Ermənistanın mina istehsalı Beynəlxalq Ədalət Məhkəməsində ifşa edildi

Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilmədi. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib. O əlavə edib ki, minalar Laçın yolu vasitəsilə gətirilib. 

Müəllif | Apa.Tv
Apa.tv