Serj Sarkisyanın əmlakına həbs qoyuldu - SƏBƏB

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.
 

APA TV-nin “RİA Novosti”yə istinadən məlumatına görə, Ermənistanın Xüsusi İstintaq Xidməti S.Sarkisyanı 1 milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsini təşkil etməkdə ittiham edib.

Keçmiş dövlət başçısı səsləndirilən ittihamı siyasi təqib adlandıraraq əməli etiraf etməkdən boyun qaçırıb.

Xidmətin mətbuat katibi Marina Ohancanyan bildirib ki, Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Fleş” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması qərarı verilib”.

İstintaq materiallarına görə, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib.

Bildirilir ki, Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Fleş” kompaniyasını seçməyi tapşırıb, halbuki, “Masxur” adlı digər bir şirkət öz xidmətlərini daha aşağı qiymətlərlə təklif edib.


 

Müəllif | Apa.Tv
Apa.tv