Ermənistanın xarici işlər naziri işdən çıxarıldı

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.

 

APA TV-nin “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

 

Ermənistan parlamentdə çıxış edən Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, o, XİN başçısının vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib.

 

Müəllif | Apa.Tv
Apa.tv