Ermənistanın XİN rəhbəri Türkiyədə: “Sərhəd 30 ildən sonra ilk dəfə açılıb”

“Ermənistan bu çətin günümüzdə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu An­ka­rada erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib. O əlavə edib ki, Ermənistanın Azər­bay­canla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək.

 

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edib və bildirib ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb. O qeyd edib ki, Ermənistan Türkiyəyə humanitar yardım göndərməyə davam edəcək.

 

“Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm. Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil. Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq. Səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.  Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlə­rin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm”.

 

Qeyd edək ki, nazirlər mediaya açıqlamadan öncə təkbətək görüş keçiriblər.

Müəllif | Apa.Tv
Apa.tv