Ermənistanla danışıqlarda hansı irəliləyişlər əldə olunub?

“Azərbaycan 2022-ci ilin fevralında növbəti addımı ataraq Ermənistana ölkələrarası münasibətlərin bərpası ilə bağlı 5 əsas prinsipi təqdim edib”.

 

APA TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı danışıqlarda ən çox kommunikasiya əlaqələrinin açılması məsələsində irəliləyişlər əldə edilib.

 

Sitat: “Mən situasiyanı çox pis, yaxud çox yaxşı kimi xarakterizə etməzdim. Situasiyaya ehtiyatlı optimizlə baxırıq. Bir il əvvəlki vəziyyətə baxdıqda, hazırda müəyyən məsələlərdə pozitiv məqamlar çoxdur. Amma bu yaranmış dinamikanın məşhur əsərdə deyildiyi kimi, “bir addım irəli, iki addım geri” formasına düşməsini heç istəməzdik. Qərarlar çətin verilsə də, pozitiv planda ardıcıl və davamlı olmalıdır” Siatın sonu

 

“Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın ikinci görüşündə iştiraka hazır olduğunu təsdiq edib”.

Bunu isə mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Bir neçə həftə bundan öncə İrəvanda Ermənistan Baş naziri və XİN başçısı ilə danışıqlar apardığını xatırladan Sergey Lavrov ikinci görüşün Moskvada keçirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb:  

 

Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın işinin davam etməsinin vacibliyini qeyd edərək bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır.  XİN başçısı azərbaycanlı həmkarı ilə görüşdə “3+3” formatında əməkdaşlığın davam etdirilməsinin vacibliyinə dair razılaşdıqlarını qeyd edib.

Rusiya iqtisadi operatorlarının Azərbaycan ərazilərinin postmünaqişə bərpasına qoşulmasında maraqlı olduğunu deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu da bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Daha sonra Ceyhun Bayramov münaqişənin keçmişdə qaldığını və daimi sülh və regionda sabitliyin təmini üçün əldə edilmiş razılaşmaya əməl edilməli olduğunu vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, rusiyalı həmkarı ilə keçirilən görüş­də ikitərəfli əlaqələr, iqtisadi sahədə əməkdaşlıq və s. məsələlər müzakirə olunub. O əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb.

 

Sergey Lavrov isə KİV-lərlər bağlı mövzunu Azərbaycan Prezidenti ilə də müzakirə etdiyini qeyd edib.

 

Sergey Lavrov əlavə edib ki, KİV-lə bağlı bu məsləhətləşmələr Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil ediləcək. 

 

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

 

APA TV

Müəllif | Apa.Tv
Apa.tv