Ermənistanla münasibətlərin normallaşdırılması üçün buna ehtiyac var – APA TV

“Münaqişə böyük ölçüdə həll olunub, Qarabağ Azərbaycana məxsusdur”. Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında səsləndirib. Lavrov qeyd edib ki, münasibətlərin tam normallaşdırılması üçün ilk növbədə, sülh müqaviləsinin hazırlanması, delimitasiya və nəqliyyat-iqtisadi əlaqələrin qurulması addımları qalır. “Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmayıb, bunun üçün başqa kanallar var, lakin platformanın özü Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə kömək edir” deyə Lavrov əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv