Ermənistanla sərhəd müzakirəsi: Növbəti görüşə az qaldı
Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların iclası keçiriləcək. APA TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, avqustun 30-da Moskvada baş tutacaq görüşdə Ermənistan və Azərbaycan Baş nazirinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev iştirak edəcəklər. Qriqoryanla Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə Ermənistan-Azərbaycan Komissiyası formatında ilk görüş mayın 24-də keçirilib. Qeyd edək ki, avqustun 31-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da görüş keçiriləcək. Görüş Brüsseldə baş tutacaq.