Ərzaq dükanında narkotik saxlayan Lənkəran sakini tutuldu

Ərzaq dükanında narkotik saxlayan Lənkəran sakini tutulub.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Elçin Qasımov qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Elçin Qasımova məxsus ərzaq mağazasına keçirilən baxış zamanı isə oradan ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv