Əsgər valideynləri Paşinyanı oğurlayanı müdafiə edirlər
Mayın 19-da Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibə zamanı həlak olan erməni hərbçilərinin valideynləri və yaxın qohumları aksiya keçiriblər. Onlar
şəhərin Arşakunyats prospektini bağlayıblar. Yerli medianın xəbərinə görə, aksiyaya müxalif deputatlar da qoşulublar. Onların tələbələri müharibə zamanı həlak olmuş hərbi qulluqçu Jora Martirosyanın anası Qayane Akopyanın həbsdən azad edilməsidir. Bildirilib ki, əraziyə çox sayda polis cəlb edilib.
Qeyd edək ki, Qayane Akopyanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə ittiham olunur. O məhkəmənin qərarı ilə həbs edilib.