Əsirlikdən qaytarılan Bayram Kərimov evlərinə qayıdıb

Bütün doğmaları, yaxınları ,dostları, qonşuları  və ailə üzvləri  Bayramın gəlişiylə bağlı yaşadığı binanın qarşısna toplaşıb.Əsirlikdən azad olan hərbçimizin gəlişinə qurbanlar kəsilib, yaxınları və dostları görüşünə sevinclə  çıxıb.  Vətən müharibəsində yaralanaraq düşmənə əsir düşən, sonradan isə Azərbaycana qaytarılan Bayram Kərimov  yaşadığı Gəncə şəhərində ailəsinə qovuşub.  Əsgər Kərimov böyük coşqu ilə qarşılanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, sevdiklərinə,  xüsusən də az yaşlı oğluna qovuşduğu üçün xoşbəxt olduğunu bildirən Bayram Kərimov ilk sözlərinə  Ali Baş Komandana və Azərbaycan dövlətinə təşəkkürlə başlayıb. Özünü yaxşı hiss etdiyi bildirib.

 

Bayramın həyat  yoldaşı Sevgi Kerimovun da sevincinin həddi-hüdudu yox idi. Sevgi xanım deyir ki, 35 günə yaxın Bayramın yolunu gözləyirdik.

 

Artıq hərbiçimiz evindədir. Kərimovlar ailəsi bu günü tam 40  günə yaxın gözləyib. Nə qədər çətin olsa da ümidlər heç vaxt tükənməyib. Yerigəlmişkən ailə Vətən müharibəsinə iki övlad göndərib.

 

Qeyd edək ki , Bayram Kərimov könüllü  olaraq, Vətən  müharibəsinə qatılan hərbiçilərimizdən olub.  Şuşa və Xankəndi istiqamətində gedən  döyüşlərdə noyabrın 8-də yaralanaraq əsir düşüb. Dekabrın 14-də əsrilkdən geri qaytarılıb.

 

Fuad Naizmoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv