Etdiyi oğurluqlarla vətəndaşlara 17 min manat ziyan vurdu - LƏNKƏRANDA

Lənkəranda etdiyi silsilə oğurluqlarla vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran rayon sakini saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Şilavar kənd sakini Seymur Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Aparılan araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov saxlanılıb və oğurlanmış zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan metamfetamin də aşkarlanıb.

Miçail Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən ümumilikdə dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv