Etiraz aksiyasında yüzlərlə şəxs saxlanıldı - 12 VAQONA OD VURDULAR...

Hindistanın Uttar-Pradeş ştatında etiraz aksiyaları zamanı polis 260 nəfəri həbs edib. APA TV xəbər verir ki, bu barədə NDTV kanalı məlumat verib. Belə ki, artıq 3 gecədir polislə gənclər arasında qarşıdurma davam edir. Gecə saatlarında 12 vaqon yandırılıb, ictimai əmlaka zərər vurulub. Etiraz baş verən ərazilərdə internet kəsilib. Qeyd edək ki, etiraz aksiyalarına səbəb orduda işə qəbul qaydalarının dəyişməsi olub.

Müəllif | Apa.Tv
Apa.tv