"EuroHome"da baş verən yanğın söndürüldü - KƏMALƏDDİN HEYDƏROV HADİSƏ YERİNDƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 

APA TV xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib. 

Əraziyə FHN-in 32 texnikası və145 nəfər şəxsi heyəti cəlb edilib.

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstəriblər.  

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

Nazir yanğının baş verdiyi əraziyə baxış keçirib, yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub. 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev  bildirib ki, artıq yanğın söndürülüb. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib.

Hazırda ərazidə soyutma işləri aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv