"Eurohome"da qətl necə baş verib? - APA TV hadisə yerində

Dünən “Eurohome” ticarət mərkəzində Şəmşiddin Quliyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Qətli isə qohumları, Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov törədib. Məlumata görə hər ikisi şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

 

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində qətlə yetirilən 39 yaşlı Şəmşiddin Quliyevin kombi satışı ilə məşğul olduğu bildirilir. O elə iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.

 

Ticarət Mərkəzində fəhlə işləyən Rasim Əsədov deyir ki, hadisə günorta saatlarında olub: “Çox sakit bir insan olub. Qətl günorta olub. Gəldim ki, kömək eləyim, artıq hadisə olmuşdu, yerdə can verirdi. Xəstəxanaya aparanda qan itirdiyindən dünyasını dəyişib. Ailəli idi, 3 uşağı da var idi”.

 

Digər fəhlə Mustafa Mustafayev də mərhumun sakit biri olduğunu bildirir: “Sakit adam olub, neçə illərdi işləmişik bir yerdə. Problemli adam olmayıb. Hadisəni bu gün eşitmişəm”.

 

Yeri gəlmişkən qeyd edək ki, Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

Nərmin Murad,

Ziya Allahyarov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv