Ev alarkən diqqətli olun, dələduzlar pul qoparmaq üçün bu varianta əl atırlar
Evlərin satışı və kirayəsi son dövrlərdə daha çox elan saytları vasitəsilə aparılır. Bu səbəbdən ev almaq və ya kirayələmək istəyənlər həmin saytlara üz tuturlar. Lakin bu saytlarda vətəndaşların etibarından sui-istifadə edənlər az deyil. Mütəxəssislər belə problemlərin yaranmaması üçün prosesin rəsmi qaydada aparılmasını tövsiyə edir. Beh adı ilə şəxsin aldadılması ilə bağlı müddəalar Cinayət Məcəlləsinin 178-ci maddəsində əksini tapıb. 500 manatdan 5 min manata qədər dələduzluq yolu ilə pul alan şəxsin əməlində həmin maddənin tərkibi yaranır. Sözügedən əməllər külli miqdarda və mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV