Ev, market və mərc oyunları zalından oğurluq edənlər yaxalandı - AĞSUDA ƏMƏLİYYAT

Ağsuda​ silsilə​ oğurluq edən şəxslər tutulub

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakinləri Zülfüqar Talıbov, İlqar Vəliyev və Dəyanət Ağammədov müxtəlif vaxtlarda Polis Şöbəsinə müraciət edərək onlara məxsus evdən, marketdən və "Topaz” mərc oyunları zalından oğurluq olması barədə məlumat veriblər.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxslər 24 yaşlı Hüseyn Dadaşzadə və əvvəllər məhkum olunmuş Kürdəmir rayon Pirli kənd sakini 25 yaşlı Samir Eyvazov saxlanılıb. İlkin dindirilmə zamanı onlar etdikləri oğurluq əməlini etiraf ediblər. Ümumilikdə onlar rayon sakinləri Zülfüqar Talıbovun yaşadığı evdən 1265 manat​, İlqar Vəliyevə məxsus marketdən 472 manat, Dəyanət Ağammədova məxsus “Topaz” mərc oyunları zalından isə 150​ manat məbləğində müxtəlif çeşidli mallar oğurlayıblar. Saxlanılan şəxslər vətəndaşlara 2000 manata yaxın ziyan vurublar.

 

Faktla bağlı cinayət işi açılıb.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv