Ev yandı, 17 yaşlı yeniyetmə xəsarət aldı - AĞSTAFADA
Ağstafada yanığın hadisəsi baş verin.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.
Kənd sakininə məxsus ümumi sahəsi 140 kvadratmetr olan kürsülü birmərtəbəli evdə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.
Hadisə zamanı 17 yaşlı Ramin Hüseynov yanıq xəsarətləri alıb. Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV