Evdə qaz sızmasından partlayış oldu

Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-ci il təvəllüdlü Pərvin Namazova bədənin 2 dərəcəli yanğı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv