Evdə qaz sızmasından yanğın baş verdi

Salyanda yanğın hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Yanğının baş verməsinin səbəbi qaz sızması olub.  Yanğın nəticəsində kənd sakinləri, 1949-cu il təvəllüdlü Abdullayeva Nargilə Sadiq qızı və nəvəsi - 2005-ci il təvəllüdlü Abdullayev Sirac Ceyhun oğlu evə sızan qazın qəfil alovlanmasından yanıq xəsarətləri alıblar. Nənə və nəvə yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv