Evdə tək qalan azyaşlı yanğın törətdi

Tovuzda yaşayış binasında yanğın baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Belə ki, Arifə Qasımovaya məxsus 5 otaqlı evdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Məlumata görə, yanğını evdə tək qalan azyaşlı törədib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv