Evdən 25 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər tutuldu

Tovuzda evdən ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum ki, zərərçəkənin yetkinlik yaşına çatmayan yaxın qohumu, öz dostu Aslan Quliyevə evdə külli miqdar qızıl-zinət əşyalarının olduğunu və onları oğurlayaraq satıb çoxlu pul əldə edə biləcəklərini bildirib.

 

Cinayət hadisəsini planlaşdırdıqdan sonra saxlanılan şəxslər gecə saatlarında hadisə yerinə gələrək oğurluq ediblər.

 

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qızılın hansı şəhər və rayonlarda satılması da müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv