Evdən çıxıb qayıtmayan yeniyetmələr tapılıb

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu mart ayının 19-da evlərindən çıxıb bir daha geri qayıtmamışdılar. Polis onların axtarıldığını elan etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv