Evdən spirtli içki oğurlayan keçmiş məhkumlar yaxalandı - ZAQATALADA
Zaqatalada spirtli içki oğruları saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə evdən oğurluq edilməsi barədə müraciət daxil olub.
Hadisə yerinə baxış zamanı 2 ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər, əvvəllər də məhkum olunmuş 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Baloğlan Xankişiyev tutularaq istintaqa təhvil verilib.
Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.