Evə girən oğrular otağı “alt-üst” etdi - CƏLİLABADDA

Cəlilabadda oğurluq hadisəsi baş verib.

APA Tv-nin Cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kənd sakini Azad Dadaşov axşam saat 8 radələrində ailəsi ilə birlikdə atasıgilə gedib.  Belə ki, təxminən iki saatdan sonra qonşu evdən oğurluq edilməsi barədə xəbər alıb. Dərhal avtomobili ilə evinə qayıdıb. Bu zaman pəncərənin açıq olduğunu görüb.   

Zərərçəkmiş deyir ki, evinə  gələn çağırılmamış qonaq və ya qonaqlar 1000 manata yaxın pulunu götürərək aradan çıxıblar. Qonşu evlərdən də oğurluq ediblər.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv