Evində külli miqdarda tiryək saxlayırmış

Zaqatalada keçmiş məhkumun yaşadığı evdə heroin və tiryək aşkarlanıb.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

Əməliyyat nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, Zeynal Barabaşovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv