Evində narkotik yetişdirən Tovuz sakini yaxalandı
Evində narkotik yetişdirən Tovuz sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz Rayon Polis Şöbəsinin və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb.
Elvin Süleymanovun mənzilinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV Tovuz