Evində silah gizlədən şəxs tutuldu - BAKIDA

Bakıda evində silah gizlədən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şamil  adlı şəxsin Binəqədi rayonunda  yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə məlumatı daxil olub.

 

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və  4 ədəd patron aşkar olunaraq götürülüb.

 

Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv