Evindən 1 kiloqramdan artıq uyuşdurucu vasitə aşkarlandı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

 

APA TV-nin yerli bürosuna verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvandan satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Şahnəzər Bəşirov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv