Evlərdən oğurluq edən dostlar saxlanılıb

Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat istintaq tədbirləri ilə, 5-dən çox evdən oğurluq etməkdə şübhəli bilinən 3 dost , Namiq Səmədov, İlkin Nəsirov və Rəşad Məmmədov saxlanılıblar. Araşdırma zamanı onların evlərdən kombi, televizor, velosipet, paltaryuyan maşın, qaz peçi, soyuducu, mühərrik və digər məişət əşyaları oğurladıqları məlum olub.

APA TV xəbər verir ki, saxlanılan şəxslərin vətəndaşlara ümumilikdə 20 minə yaxın maddi ziyan vurduqları bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv