Evsiz qalanlara soyuqda divan tutulur – APA TV

Bir neçə gün əvvəl İranda Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 10 km dərinlikdə baş verən 6,2 maqnitudalı zəlzələdən sonra yeraltı təkanlardan zərər çəkənlərlə heç kim maraqlanmır. Qeydə alınan 40-dan çox yeraltı təkan zamanı xüsusilə 15 kənddə xeyli sayda yaşayış binasına, fərdi evə ziyan dəyib. APA TV zəlzələ baş verən ərazidəki mövcud vəziyyəti yerli sakinlərin dili ilə təqdim edir Yerlə-yeksan olmuş və ya tamamilə yararsız hala düşmüş evlərin sakinləri demək olar ki, yaşamağa yer tapa bilmir. Adamlar qışın oğlan çağında çöldə gecələməyə məcbur qalır. Yada salan və ya yardım göstərəndən isə söhbət gedə bilməz... Bəzi yerlərdə sakinlərin hayına hay verən yoxdur... İnsanlar ümidsizcəsinə nə edəcəklərini, hara üz tutacaqlarını bilmir... Zəlzələdən dərhal sonra Qərbi Azərbaycan Əyaləti Qızıl Aypara cəmiyyətinin sədri Həmid Məhbubi bildirmişdi ki, ilk dəqiqələrdə 120 nəfərin yaralandığı müəyyən edilib. Sonrakı ssatlarda bu rəqəmin 800-ədək yüksəldiyi rəsmən təsdiqləndi. İndiyədək yaralılara harada və hansı miqyasda yardım göstərildiyi isə məlum deyil. Çarəsiz qlan adamlar hələ də kiməsə, bəlkə də nəyəsə ümid bəsləyir.

Müəllif | Apa.Tv
Apa.tv