Əvvəlcə döydü, sonra boğdu – QADINDAN DƏHŞƏTLİ QƏTL
Paytaxtın Səbail rayonu Fikrət Əmirov küçəsi, ev 1, mənzil 54 ünvanında qan donduran ailə faciəsi baş verib. Belə ki, ailə münaqişəsi zəminində qadın öz həyat yoldaşını boğaraq qətlə yetirib.
Rəşid Axundovun meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib. Dərhal Səbail Rayon Prokurorluğunda cinayət işi açılaraq araşdırmalara başlanıb. Müəyyən edilib ki, İnnesa İsmayılova aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Rəşid Axundovu döyərək bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Bununla da kifayətlənməyən qadın həyat yoldaşının daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla onu boğub.
İnnesa İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.