“Əvvəlcə onları bişirin, yeyin, sonra təzə yeməklərdən danışarsınız” – APA TV

Milli mətbəximizin şah əsərlərindən olan aş və dolmanı gözümüzü açandan dadırıq. Azərbaycanın kulinariya nümunələrinin şöhrəti ölkə hüdudlarını aşıb. Ölkə vətəndaşları arasında isə öz yeməklərimizi heç bir dada dəyişməyənlər də, milli mətbəximizdə yenilik dadmaq istəyənlər də var. Tahir Əmiraslanov deyir ki, Azərbaycan mətbəxində çox fərqli, insanların dadmadığı yemək növləri mövcuddur. Təbii ki, damağımızın öyrəşdiyi dadları sevmək, milli mətbəx ənələrini yaşatmaq gözəldir. Amma 5 mindən artıq xörəklə zəngin olan Azərbaycan mətbəxindən doyunca faydalanmaq lazımdır ki, qazanda nadir hallarda bişən bəzi təamlarımız barədə də məlumatlı olaq.

Müəllif | Apa.Tv
Apa.tv