Əvvəllər nikah yaşı 20-25 idisə, indi 30-35-dir – APA TV

Əvvəlki dövrlərlə müqayisədə şadlıq saraylarında toyların sayı dəfələrlə aşağı düşüb. Toy mərasimlərinin sayının azalması səbəblərindən biri də insanların toy etmək üçün alternativ variantlara müraciət etməsidir. Belə ki, insanlar toy etmək üçün qiymətləri 30 manatla 300 manat arasında dəyişən şadlıq saraylarına deyil, şəxsi villalara, otellərə üz tuturlar. Gəlir əldə etməyən şənlik evləri mərasim evləri ilə əvəzlənir. Ümumiyyətlə son vaxtlar evliliklərin sayında azalması müşahidə olunur. Əvvəllər nikah yaşı 20-25 idisə, indi bu rəqəm 30-35-dir. Sosioloq Üzeyir Şəfiyev deyir ki, bu təkcə Azərbaycan cəmiyyətində deyil, qlobal tendensiyadır. Onun sözlərinə görə, bunun səbəblərindən biri gənclər arasında sosiallaşmadır. Digər səbəb isə gənclərin evlənməzdən əvvəl təhsil almaq, karyera qurmaq kimi planlarıdır. Sosioloq deyir ki, ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün gənclərin məşğulluq vəziyyətinə diqqət artırılmalıdır. Psixoloq Fərqanə Mehmanqızı isə nikahların azalmasını gənclərin həyata baxışı ilə əlaqələndirir. 

Müəllif | Apa.Tv
Apa.tv