Əyləc sistemi işləməyən yük avtomobili qəza törədib

 

Bakının Biləcəri qəsəbəsində “SHAGMAN” markalı yük avtomobili əyləc sisteminin işləməməsi səbəbindən işıqforun qırmızı işığında keçib.

APA TV xəbərinə görə, Yaranmış qəza şəraitindən yayına bilməyən yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb.

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv