Eyvandan içəri girdilər - 10 MİN MANATLIQ OĞURLUQ
Mingəçevirdə mənzildən oğurluq edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Cəmil Əliyev küçəsi 9 a ünvanında baş verib.
Beşmərtəbəli binanın birinci mərtəbəsindəki Arif Abdulkərimova məxsus mənzil qarət olunub. Axşam saat 20:00-21:00 radələrində mənzilə eyvandan daxil olan şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıb.
Həmin şəxslərin tapılıb-tutulması istiqamətində əməliyyat aparılır.