Fantastik qiymətə maşın nömrəsi SATILIR
Bakıda baha qiymətə avtomobil nömrəsi satılır.
APA TV Lent.az-a istinafən xəbər verir ki, bu barədə saytlarından birində məlumat paylaşılıb.
Elanda bildirilir ki, satışa çıxarılan 99-SS-993 seriyalı dövlət qeydiyyat nişanı nə az, nə çox 145 min manata təklif olunur.
Avtomobil nömrəsi hazırda Bakı şəhərindədir.