Fədayə Laçın azadlığa çıxdı - MAHNI OXUDU
Müğənni Fədayə Laçın oktyabrın 29-da azadlığa buarxılıb.
APA TV-nin məlumatına görə, Bakı İstintaq Təcridxanasından azadlığa çıxan sənətçi sevincini jurnalistlərlə bölüşüb, sualları cavablandırıb: “Bu hissləri mən ifadə edə bilmərəm. Çox xoşbəxtəm. Çox həyəcanlıyam. Gözəl hislərdir. Allahın bu gününə şükürlər olsun.
2 ildir, oxumuram, ürəyim partlayır. Mütləq davam edəcəyəm.
Daha çox əzizlərimi görmək istəyirdim. Dostlarımı, tanışlarımı hamını görmək istəyİrdim. Sənət dostlarımdan hamını görmək istəyərdim. Çünki mən heç kimlə problemim olmayıb. Heç kimlə də o qədər də yaxın münasibətim olmayıb. Yanıma gəlməyə icazə yox idi. Ona görə yəqin ki, gəlmədilər. İçəridə olanda deyirdim ki, çox oxuyacağam. Planım oxumaqdır. Əlimdən başqa heç nə gəlmir”.
Sənətçi kamera yoldaşlarını ziyarətə gedəcəyini və onları unutmayacağını bildirib: “Əlbəttə gedəcəyəm. Hansı kamerada olmuşamsa, həmin qızların yanına gedəcəyəm. Amma yanlarına gedəcəyəm. Mütləq getmək lazımdır”.
Daha sonra Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib:
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da Bakıda məhbusların qaçması faktı ilə həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.