Fənlərin Dostluğu Olimpiadasının qalibləri mükafatlandırılıb

Hədəf Liseyində Fənlərin Dostluğu Olimpiadasının qalibləri mükafatlandırılıb.

APA TV-nin məlumatına görə, Hədəf Liseyinin, Dövlət Gömrük Komitəsi Akademiyasının və “Hədəf nəşrləri”nin təşkilatçılığı ilə baş tutan olimpiadanın təltifetmə mərasimində ictimai xadimlər, Təhsil Nazirliyinin nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

Hədəf Liseyinin direktoru Şəmil Sadiq bildirib ki, sözügedən olimpiadada şagirdlərə verilən suallar müxtəlif fənlərin inteqrasiyasını özündə ehtiva edir: “Bir sualda bir neçə fənn inteqrasiya olunub. Təhsil sistemində fənlərarası və fənn daxili inteqrasiya modelləri var. Həmçinin üfüqi və şaquli vəziyyətdə olan inteqrasiyanın bir neçə modeli var. Biz bunu dərslərimizdə rahat şəkildə tətbiq edə bilirik. Bunu “qiymətləndirməyə necə gətirmək olar?” düşüncəsindən yola çıxdıq və bu olimpiadanı keçirməyi qərara aldıq. Bu gün artıq 10-cu olimpiadanın qaliblərini mükafatlandırırıq. 10 il bu olimpiada üçün çox böyük tarixdir”.

Olimpiadada iştirak edən şagirdlər özündə fənlərin inteqrasiyasını əks etdirən şeir kompozisiyası ilə çıxış ediblər:

Sonda Fənlərin Dostluğu Olimpiadasında qalib gələn 10 şagird diplom və hədiyyələrlə mükafatlandırılıb:

Qeyd edək ki, Fənlərin Dostluğu Olimpiadasının mediada işıqlandırılmasında göstərdiyi fəallığa görə APA TV təşəkkürnamə ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv