Ferma sahibi 15 yaşlı qızı döydü – 1 dəqiqə 10 xəbər 15:00 buraxılışı

Prezidentlə xanımı Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak edib.

 

Bakıda yeni metro stansiyasının inşasına başlanılıb.

 

Bərdədə ferma sahibi 15 yaşlı qızı döyüb.

 

Tərtərdə həyat yoldaşını məhkəmənin qarşısında öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.

 

Qazaxıstanda koronavirusun Nigeriya ştammı aşkar edilib.

 

Xaçmazda iki dəfə ərinə xəyanət edən qadını atası öldürüb.

 

Keçmiş məhkumun evindən 12 kilodan çox heroin aşkarlanıb.

 

Oktyabrın 1-dən COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq. 

 

Gürcüstanda azərbaycanlı gənc qətlə yetirilib. Onun üzərinə ağır əşya bağlayaraq

su kanalına atıblar.

 

İspaniyada vulkan püskürüb, 150-dən çox ev yanıb.

Müəllif | Apa.Tv
Apa.tv