Fermerlərin subsidiyaları bayram günlərinə qədər ödəniləcək
29 min fermerə 15,7 milyon manat məbləğində subsidiyaların ödənişi təmin edilib ki, bu məbləğ bu gün fermer kartlarına köçürüləcək.
APA TV-nin verdiyi məlumata görə, bunu subsidiyaların verilməsi, fermer kartlarının paylanması və güzəştli gübrə satışı ilə bağlı təşkil olunan brifinqdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, subsidiyaların fermer kartlarına tam köçürülməsi qarşıdakı bayram günlərinədək yekunlaşdırılacaq: "Sənədləri tam qaydasında olan şəxslər, hansılar ki, müraciət ediblər, hamısını hesablasaq 180 min nəfərə yaxındır və onlara subsidiyaların ayrılması tamamilə başa çatdırılıb".
Agentliyin sədri bildirib ki, subsidiyaların köçürülməsinin bitmə vaxtı birbaşa olaraq fermerlərin sənədlərinin qaydasında olması ilə bağlıdır. Bu həftə ərzində 40 min nəfərə subsidiyaların ödənilməsi təmin ediləcək.
Səfər Əlizadə
Üzeyir Ağayev
APA Tv